Daşqın Gülməmmədov: Eldar Həsnov və Qüdsi Osmanov Serbiyanın Ermənistana silah satmasını əvvəlcədən bilirdilərbackend

Daşqın Gülməmmədov: Eldar Həsnov və Qüdsi Osmanov Serbiyanın Ermənistana silah satmasını əvvəlcədən bilirdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belqraddakı eks-səfir Eldar Həsnov və Kişinyovdakı sfir Qüdsi Osmanov Serbiyanın “Kruşik” Korporasiyasının Ermənistana silah və reaktiv sursat satmasını əvvəlcədən bilirdilər və buna gizli maraqları naminə sadəcə göz yumublar. Bu Rusiya ilə bağlı səbəblərdən irəli gəlmişdir. Bu barədə mətbuata Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov bildirib.
D.Gülməmmədov deyib ki: “Ermənistanın Serbiyadan silah alması Rusiyadan koordinasiya edilib. Ermənistan Müdafiə Nazirliyi rəsmi Moskvanın icazəsi olmadan heç bir vaxt üçüncü ölkədən silah ala bilməz. Faktiki olaraq Serbiyanın Hərbi Sənaye Kompleksi rəsmi Moskvanın qismən nəzarətindədir. Hələ 2018-ci ildə Monteneqroda adi jurnalistlər və alban millətçilərində informasiya var idi ki, Ermənistan Müdafiə Nazirliyinin ekspertləri Belqradda “Kruşik” Korporasiyası ilə danışıqlar aparırlar. Bu informasiyanı Belqraddakı səfir Eldar Həsənov bilirdi, lakin Bakııya məxi məlumat göndərməmişdi. Hətta 2019-cu ildə silah və sursatlar Moldova üzərindən göndərilməyə başlayanda bu hərbi ixracatın qaşısını almaq olardı. Digər tərfdən Moldovadakı səfir Qüdsi Osmanov müsavat.com-a müsahibəsində özü də bilmədən etiraf etmiş oldu ki, Serbiyanın Ermənistana silah satması informasiyası onlarda əvvəlcədən olmuşdur. Kiçik bir fikirlə Qüdsi Osmanov özünün və Eldar Həsnovun xəyanatkar olduğunu, milli təhlükəsizliyə təhdid olan informasiyanı vaxtında Bakıya ötürmədiklərini və bu prosesin qarşısını almadıqlarını etiraf etmiş oldu.
Eldar Həsnovun və Qüdsi Osmanovun belə davranmasının ciddi səbəbləri vardır. Çünki hər ikisi Rusiya xüsusi xidmət orqanlarına işləyirlər. Yenə deyirəm Serbiyanın Ermənistana silah və sursat satması Moskvadan koordinasiya edilib, silahların lojistik təhlükəsziliyi ciddi düşünülüb. Rusiyanın müttəfiqi Serbiyadan diqər müttəfiq Ermənistana silah satılır və bu silahlar Moskvanın portojesi olan Prezident İqor Dodnun ölkəsi, Moldovada başaqa yük kateqoriyasında sənədləşdirilir və Yerevana öütürlür. Bu informasiyanı bilən Serbiyadakı səfir Eldar Həsənov və Moldovadakı səfir Qüdsi Osmanov Bakıya bu informasiyanı göndərmirlər. Sonradan bunları üstü açılır. Moldovadakı səfir Qüdsi Osmanov bir müsahibəsində özü də bilmədən bir neçə sirri açıqladı, onu Bakıda polirafda danışdırsalar çox məqamalrı açıqlayacaq”,- deyə Daşqın Gülməmmədov fikirni tamalamışdır.