Daş karxanasının işçisi faciəvi şəkildə öldübackend

Daş karxanasının işçisi faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Martın 6-da saat 11 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasının işçisinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə  TİA.AZ-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ərazidə Gülbaxt əhəng-daş yatağında yerləşən “Gülbaxt TMK” MMC-yə məxsus daş karxanasında daş yatağının açılması məqsədilə torpaq qatının ekskavatorla təmizlənməsi zamanı daş parçası hündürlükdən yuvarlanaraq yaxınlıqda yerləşən digər daş karxanasının işçisi 1978-ci il təvəllüdlü Hüseynov Arzi Bəhramxan oğlunun üzərinə düşmüş və nəticədə sonuncu hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.