Danimarkada karantin rejimi yüngülləşdirilirbackend

Danimarkada karantin rejimi yüngülləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka hökuməti kiçik biznes subyektlərinin fəaliyyətinə qoyulan məhddiyyəti aradan qaldırmağa hazırlaşır.

TİA.AZ  NTV-yə istinadən xəbər verir ki, bununla əlaqədar bərbərxanalar, gözəllik salonları və sürücülük kursları kimi obyektlərin fəaliyyəti aprelin 20-dən bərpa olunacaq.

Qeyd edək ki, rəsmi Kopenhagen bu yaxınlarda məktəblərin açılmasına icazə verən və karantin rejimini yüngülləşdirən ilk Avropa ölkələrindəndir.

Xatırladaq ki, Danimarkada 312 ölüm, 7 000-ə yaxın koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Rəsmi Kopenhagen Avropada karantin tədbirlərini həyata keçirən ilk ölkə olub.