DAMLA ÜÇÜN GÖZ YAŞI TÖKƏN KÜTLƏ – YAZIÇIDAN NAXÇIVANDAKI MƏNZƏRƏYƏ REAKSİYAbackend

DAMLA ÜÇÜN GÖZ YAŞI TÖKƏN KÜTLƏ – YAZIÇIDAN NAXÇIVANDAKI MƏNZƏRƏYƏ REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əminəm, Damla üçün, ya qeyrisi üçün göz yaşı tökən o xanımlar musiqi barədə biliklərini genişləndirsələr, belə olmayacaqlar”. Bunu TİA.Az-a müğənni Damlanın Naxçıvanda fanatları ilə görüşündə yaşananları şərh edən yazıçı Şərif Ağayar deyib. Onun sözlərinə görə, dünyanın hər yerində bu cür müğənnilərin böyük fanat ordusu var: “Damlaya içimdə bir hörmət var.
Görünüşü də, səsi də, hərəkətləri də mənə nəsə məsum biri olduğunu söyləyir. Ona qarşı qəzəbi başa düşmürəm. Damla ilə nə problem ola bilər? Özü üçün oxuyur. İddiasız-filansız. Kifayət qədər də sadə qadındır. Bir-iki müsahibəsinə də baxmışam, məndə heç bir qıcıq yaratmayıb.


Dünyanın hər yerində bu cür müğənnilərin böyük fanat ordusu var. Sadəcə dünyanın hər yerində hər şey öz yerindədir deyə, bu cür fanatiklik də normal görünür. Bizdə isə belə deyil. Daha vacib sahələrə marağın olmamasına rəğmən düşündürməyən musiqiyə dəlicəsinə aşiqlik dis-balans yaradır. Ümumilikdə fanatiklik alternativləri bilməməkdən qaynaqlanır.
Əminəm, Damla üçün, ya qeyrisi üçün göz yaşı tökən o xanımlar musiqi barədə biliklərini genişləndirsələr, belə olmayacaqlar. Bir-iki kitab oxuyandan sonra isə özlərinə, bu hərəkətlərinə səmimi bir ironiya bəsləyəcəklər. İndilikdə isə reallıq budur və özlərini bu cür rahat hiss edirlər. Heç kimi sevdiyinə və sevildiyinə görə qınamaq olmaz. Allah mehriban eləsin”.

Aytac

TİA.Az