Dalğıclar nəhəng balinanı xilas etdi (VİDEO)backend

Dalğıclar nəhəng balinanı xilas etdi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
talyan dalğıclar tora ilişən nəhəng balinanı xilas ediblər.
TİA.AZ  xəbər verir ki, Tiran dənizində təxminən 12 metr uzunluğu olan nəhəng balina balıqçı toruna ilişib. Bunu görən sahil mühafizə xidmətinin dalğıcları çətin vəziyyətdə olan heyvanı xilas etmək üçün suya atılıblar. Çətinliklə olsa da nəhəng balina tordan azad edə biliblər.
Həmin anlar saniyəbəsaniyə lentə alınıb. İtaliya Sahil Mühafizə Xidmətindən verilən açıqlamaya görə, son 6 ayda 100 kilometr uzunluğunda qanunsuz balıq toru ələ keçirilib. Hər il 300 min dəniz canlısının bu torlara ilişərək, həyatını itirdiyi bildirilir.