Dalğanın hündürlüyü 2,2 metrə çatıb – FAKTİKİ HAVAbackend

Dalğanın hündürlüyü 2,2 metrə çatıb – FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 5-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində qərb küləyi əsib, arabir güclənib.
Küləyin sürəti Daşkəsəndə 25 m/s, Gəncədə 24 m/s, Xaçmaz, Naftalanda 22 m/s, Mərəzə, Xınalıq, Ağstafada 20 m/s, Şəkidə 19 m/s, Tovuz, Yardımlı, Gədəbəydə 16 m/s, Şəmkirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Pirallahıda 20 m/s, Qum adasında 18 m/s, Binədə 17 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.