Dahi şəxsiyyətlərin xatirəsi onların adlarını daşıyan zirvələrdə anıldı (FOTO)backend

Dahi şəxsiyyətlərin xatirəsi onların adlarını daşıyan zirvələrdə anıldı (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün anım günləri ilə əlaqədar Azərbaycan-Türk dağçılarından ibarət qardaşlıq qrupu “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxıb. Bu təşəbbüsə Real televiziyasının əməkdaşları da qoşulub.
 
TİA.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvləri əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi düzüb, qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Bakıda ucaldılmış heykəli önünə əklil qoyublar.
“Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq, qrup üzvləri yüksək əhval-ruhiyyə və qələbə sevinci ilə “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxaraq hər iki xalqın dahi şəxsiyyətlərinin barelyefləri önünə gül dəstələri düzüb, əziz xatirələrini yad edib və Azərbaycan, Türkiyə bayraqlarını dalğalandırıblar.
İ.İbrahimovanın sözlərinə görə, Azərbaycanın Qarabağda qazandığı zəfər günlərində bu zirvələrin ziyarət olunması və dahi şəxsiyyətlərin anılması çox qürurvericidir.