Daha oxucuların gözü kitab rəflərində qalmayacaq – o günə az qaldı…backend

Daha oxucuların gözü kitab rəflərində qalmayacaq – o günə az qaldı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“ƏDV-nin ləğvi, hesab edirəm ki, kitabların qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda satılan kitabların qiyməti çox bahadır:
“Kitab almaq oxucu kütləsinin cibinə uyğun deyil. Kitab satılan yerə daxil olursan, xoşuna gələn, oxumaq istədiyin kitabı götürürsən və elə götürdüyün kimi də yerinə qoyursan. Çünki qiyməti cibinə, büdcənə uyğun deyil. Uşaq kitabları isə daha çox bahadır. Amma cəmiyyətdə birmənalı olaraq bunu yalnız bir tərəfin – kitab satışı ilə məşğul olan şəxslərin, hansısa müəssisənin üzərinə atırlar. Bu isə heç də düz deyil. Kitabın qiymətinə təsir edən iqtisadi amillər incələnsə, mənzərə daha aydın olar deyə düşünürəm. Tutaq ki, kağız ölkəmizə xaricdən gətirilirsə və gömrükdə rüsum ödəmələrindən başqa hansısa “amil”lər də “iştirak edirsə”, bu, nəşriyyatın xərclərinə təsirsiz ötüşmür. Nəşriyyatın digər zəruru xərcləri formalaşarkən dırnaqlı-dırnaqsız hansısa amillər qiymətləndirməyə təsir edir – bunu nəşriyyatçılar daha yaxşı bilər”.
Ekspert Gürcüstanda da kitablar üzərindən ƏDV-in götürüldüyün deyib:
“Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir. Hətta Türkiyədə bu 8% idi, onu da götürdülər. Avropa ölkələrində də 7 % müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu, kitaba münasibətin göstəricisidir. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa, savadsızlıq baş alıb gedəcək. Qiymətindən asılı olmayaraq, Bakıda satılan kitab mağazalarında çeşidlilik tapmaq çətindir. Hazırda ölkəyə il ərzində 200 min kitab gətirilir. Sovet dövrü ilə müqayisədə bu rəqəm dəfələrlə azdır. Qiymətə gəldikdə isə təsəvvür edin ki, kitab Azərbaycana gətirilərkən 7 % gömrük, 18 % əlavə dəyər vergisi tutulur. Üstəlik satış zamanı gəlir əldə etmək üçün təqribən 20-25 % də əlavə olunur. Bundan başqa satış müvafiq dövlət qurumuna hesabat verərkən onlar yenidən 18 % də ödəməli olurlar”.
Kamran Əsədov hesab edir ki, kitab çapı və satışı ilə məşğul olan nəşriyyatlar 18 % ƏDV-nin ləğvi qiymətlərə öz təsirini göstərəcək:
“Bu gün Azərbaycan məktəblisi, tələbəsi, ümumiyyətlə, oxucusu kitab oxumaq istəyir. Biz bunu kitab sərgilərdində də görürük. Amma qiymətlərə görə kitablar əlçatan və hər kəsin büdcəsinə uyğun deyil. Bu gün məktəblilər kitab almaq istəyirlər. Əlavə oxu ədəbiyyatı mütləqdir. Amma hər kəs ala bilmir”.