Daha iki universitetdə ənənəvi tədris bərpa olunmayacaqbackend

Daha iki universitetdə ənənəvi tədris bərpa olunmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda daha iki universitet fevralın 15-dən ənənəvi tədrisi bərpa etməmək barədə qərar verib.
 Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ikinci smestri onlayn şəkildə davam etdirəcək.
ADAU-dan bildirilib ki, tədris distant (onlayn) formada və ADAU TV vasitəsilə keçiriləcək.
AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova “Report”a bildirib ki, tədris onlayn şəkildə davam edəcək: “Laboratoriya dərslərində virtual laboratoriya təqdim olunacaq”.
Xatırladaq ki, bir neçə gün öncə “Report” fevralın 15-dən hansı ali məktəblərin ənənəvi tədrisi bərpa edib-etməyəcəyi barədə araşdırma aparmışdı.