Daha iki məntəqənin nəticələri ləğv edildibackend

Daha iki məntəqənin nəticələri ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd Məmmədov Əbil Abbas oğlunun müraciətinə baxılıb.

TİA.AZ-ın xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, müraciətdə həmin dairənin bir neçə məntəqəsində pozuntular olduğu əks olunub: “Ona görə də müraciət əsasında araşdırmalar aparılıb. Komissiya bu müraciət üzrə hərtərəfli və geniş araşdırmalar aparıb”.

İclasda qeyd olunub ki, 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələri 91 saylı Ucar seçki dairəsi tərəfindən ləğv edilib.

Komissiyada həmin dairənin 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla da DSK-nın qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu dairənin lider namizədi Həsən Ramil Sahib oğludur.