“Daha güclü zərbə endirməyə hazırıq” – Ərdoğanbackend

“Daha güclü zərbə endirməyə hazırıq” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Suriyanın İdlibdəki «səssizlik rejimi»ni pozacağı halda Türkiyə tərəfi güclü cavab zərbəsi endirməyə hazırdır.

«Biz, rejimi və onu dəstəkləyən hərbçilərin atəşkəs xəttindəki davranışını diqqətlə izləyirik. Əgər onlar öz sözlərinə əməl etməsələr, o zaman biz, ötən dəfəkindən də güclü cavab verəcəyik» – deyə, NTV kanalı prezidentdən sitat gətirir.

Xatırladaq ki, Ankara İdlibdə «Bahar qalxanı» əməliyyatı həyata keçirir. Martın 5-də Türkiyə və Rusiya liderləri hərbi fəaliyyət iqtirakçıları arasında atəşin dayandırılması barədə razılığa gəliblər. Razılaşma martın 6-dan qüvvəyə minib.