Tribuna İnformasiya Agentliyi

Daha bir yolda məhdudiyyət yarandı

18 Aprel

Yasamal rayonu Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır. 

Yasamal rayonu Mikayıl Müşfiq küçəsində rənglənmə işləri aparılır.

“Azəravtoyol” ASC-dən TİA.AZ-a verilən məlumata görə, işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsində məqsəd paytaxtda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsidir.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.