Daha bir tələbə dənizdə batdı – FOTObackend

Daha bir tələbə dənizdə batdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsi dənizdə boğulub.

TİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsində qeyd olunub.

Bildirilib ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. O, Bakıda kirayədə yaşayırmış.

Həmçinin sosial şəbəkədə onun dostları ilə son yazışması paylaşılıb.

Qeyd edək ki, iyunun 24-də dənizdə daha bir tələbə batmışdı. 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlu Gürcüstan universitetlərinin birində diş həkimliyi üzrə təhsil alırmış.

Daha bir tələbə dənizdə batdı