Tribuna İnformasiya Agentliyi

Daha bir süpürgəçini maşın vurdu

01 Yanvar
Gəncədə Təmizlik İdarəsinin işçisini avtomobil vurub.
TİA.AZ-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Şərifova Gülçöhrə yolu süpürən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.