Tribuna İnformasiya Agentliyi

Daha bir süpürgəçi qadını maşın vurub öldürdü – Azərbaycanda

09 Aprel

Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.