Tribuna İnformasiya Agentliyi

Daha bir sabiq ölkə başçısına qarşı korrupsiya ittihamı

12 May
Malaziyada sabiq baş nazir Nəcib Razakın ölkədən çıxışına qadağa qoyulub.
TİA.AZ BBC-yə istinadən xəbər verir ki, Razak və həyat yoldaşı bu gün tətil üçün ölkəni tərk etməyi planlaşdırırmış. Sabiq baş nazir 700 milyon dollar dövlət pulunu mənimsəməkdə ittiham edilir.
Qeyd edək ki, Milli Barisan Koalisiyasını təmsil edən 64 yaşlı Razak ötən günlərdə keçirilən seçkilərdə 92 yaşlı Mahatir Məhəmmədə məğlub oldu.
Korrupsiya ittihamı ilə istintaq prosesinə artıq start verilib.