Daha bir məşhur şirkət Rusiyanı tərk etdibackend

Daha bir məşhur şirkət Rusiyanı tərk etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerikanın kompüter avadanlığı şirkəti “Dell” avqustun sonunda Rusiyadakı fəaliyyətini dayandırdığını və bu ölkədəki bütün ofislərini bağladığını açıqlayıb.
TİA.AZ bu barədə “Əl-Cəzirə”yə istinadən xəbər verir.
“Dell” sözçüsü Mayk Simians bildirib ki, şirkət fevral ayında əvvəllər sanksiya tətbiq edilmiş Krım yarımadasına əlavə olaraq Rusiya, Belarus və Ukraynanın Donetsk və Luqansk vilayətlərində məhsulların satışını, xidmət göstərilməsini və eləcə də texniki dəstəklənməni dayandırmaq qərarına gəlib.
Vurğulanır ki, Rusiyada minlərlə işçisi olan “Dell” Moskvanın Ukraynanı işğal etməsindən sonra bu ölkəni tərk edən sonuncu Qərb şirkətidir.
Qeyd edək ki, indiyədək yüzlərlə şirkət Ukraynaya qarşı hərbi təcavüzə görə Moskvaya tətbiq edilən genişmiqyaslı Qərb sanksiyalarına görə Rusiyada fəaliyyətini dayandırıb.