Daha bir məktəbdə biabırçı video: Sinifi dağıdır, müəllimi qovurlar – VİDEObackend

Daha bir məktəbdə biabırçı video: Sinifi dağıdır, müəllimi qovurlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda məktəblərin birindən çəkilən görüntülər yenidən gündəm yaradıb.

TİA.AZ Azxeber.com-a istinadən xəbər verir ki, doqquzuncu sinif şagirdləri dərs zamanı sinifin əşyalarını dağıdır, onları yararsız vəziyyətə salırlar. Müəllim olub-olmadığı dəqiq bəlli olmayan bir qadını isə sinifdən qovurlar.

Sözügedən görüntülər qısa zamanda böyük səs-küyə səbəb olub.

Qeyd edək ki, ötən gün Bakının Xətai rayonunda yerləşən 165 nömrəli tam orta məktəbində bənzər görüntülər ortaya çıxmışdı. Videoda orta məktəb şagirdləri sinifdə divara asılan tanınmış şəxsiyyətlərin tablolarını gəzdirir, partaları dağıdır və başqa bu kimi ədəbsiz hərəkətlər edirdilər. Baş verən bütün bu hadisələr isə sinifdə müəllimin olduğu müddətdə baş veribmişdi.

 

35 000 AZN-dək krediti ONLAYN sifariş et!