DAHA BİR HƏRBİÇİMİZ İNTİHAR EDİB-FOTOLARbackend

DAHA BİR HƏRBİÇİMİZ İNTİHAR EDİBFOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi qazisi, Leytenant Rüfət Ağayar oğlu Nəbizadənin intihar xəbəri yayılıb.

TİA.AZ xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov öz Facebook hesabında məlumat paylaşıb: “Çox üzücü xəbər aldıq. Vətən müharibəsində ilk gündən son günə kimi döyüşlərdə iştirak edən Leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib.

Ailəsinin verdiyi məlumata görə hərbçimiz döyüşlər vaxtı aldığı kontuziyadan əziyyət çəkirmiş. Məhrum 2019-cu ildə xaricdə xüsusi təyinatlı kursu, kurs birincisi kimi bitirmişdi” – paylaşımda qeyd olunub.

Məlumat üçün bildirək ki, Nəbizadə Rüfət Ağayar oğlu Ali baş komandan tərəfindən “Şuşanın və Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

TİA.AZ