Daha bir hərbçimizin şəhid xəbəri gəldi, ilk övladını görə bilmədi…backend

Daha bir hərbçimizin şəhid xəbəri gəldi, ilk övladını görə bilmədi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. Söhbət 1990- cı il təvəllüdlü baş leytenant Rahim Mikayılovdan gedir. Bu gün şəhidimizin nəşi onun ailəsinə təhvil verilib. 

Şəhidin qardaşı Rasim Mikayılov  bildirib ki, qardaşı Vətən müharibəsinin ilk günü Murovdağ istiqamətində şəhid olub: “Yoldaşları onun şəhid olduğunu bizə həmin gün demişdilər. Dünən isə rəsmi şəkildə bizə zəng edib itkin düşmüş nəşinin tapıldığını bildirdilər. Oktyabrın 27-də qardaşımın ilk övladı dünyaya gəlib. Ancaq o, övladını görə bilmədi”.

Qeyd edək ki, dəfn mərasimi sabah Quba rayonu II Nüvədi kəndində keçiriləcək.