Daha bir həkim koronavirusdan vəfat etdi-FOTObackend

Daha bir həkim koronavirusdan vəfat etdi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

TİA.AZ-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Qazax rayonunda  Xanlıqlar kənd həkim məntəqəsində çalışan Cəlil Qocayevin COVİD-19 testi pozitiv çıxıb. Həkim ötən gün vəfat edib.

Ailə üzvlərinin “BakuPost”a verdikləri məlumata görə, həkim uzun müddət qaraciyər xəstəliyindən də əziyyət çəkib. Xəstəxanaya da ötən gün yerləşdirilmişdi.