DAHA BİR GENERAL SƏRƏNCAMA GÖNDƏRİLDİ – Nəcməddin Sadıkovun kadrı hesab olunurdubackend

DAHA BİR GENERAL SƏRƏNCAMA GÖNDƏRİLDİ – Nəcməddin Sadıkovun kadrı hesab olunurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

General-mayor Qədir Nəsibov Müdafiə Nazirliyinin Maddi Texniki Baş idarəsinin 1-ci müavini vəzifəsindən sərəncama çıxarılıb.

“Hurriyyet.az” etibarlı mənbələrə istinadən xəbər verir ki, Q.Nəsibovun yeni yaradılan İnspektorlar Qrupuna rəis təyin olunacağı gözlənilir.

Saytın məlumatına görə, Qədir Nəsibov keçmiş Baş Qərargahın rəisi Nəcməddin Sadıkovun sürücüsü və köməkçisi Əli ilə qudadır. Onun Sadıkovun özü ilə də qohumluğunun olduğu iddia edilir.

Gəncliyində musiqiçi olan, daha sonralar orduda gizir kimi xidmətə başlayan Qədir Nəsibov məhz Sadıkovun himayəsi ilə zabit olduğu, ön xətt görmədiyi halda qısa  zamanda vəzifəsinin və rütbəsinin artırıldığı bildirilir Onun 2013-cü ildə sülhməramlı qüvvələrə komandir təyin olunduğu, bundan sonra həmin hərbi hissədə rüşvətin geniş yayıldığı iddia edilir: “Ölkədən kənarda xidmət etmək istəyən hərbi qulluqçular 6 ayda alacaqları ezamiyyət pulunun yarısının Qədirlə bölməli idilər”.

Qədir Nəsibovun Müdafiə Nazirliyi Maddi Texniki Baş idarəsinə müavini kimi də  “yaxşı qazandığı” bildirilir. Ancaq Nəcməddin Sadıkovun himayəsində olduğu üçün buna göz yumulduğu vurğulanır. 

İddialarla bağlı Qədirovun da mövqeyini dərc etməyə hazırıq.