Daha bir fəhlə iş başında ÖLDÜbackend

Daha bir fəhlə iş başında ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 22-də saat 8 radələrində Xətai rayonu, X.Rüstəmov küçəsində 1970-ci il təvəllüdlü Habil Mahmudovun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai rayon Prokurorluğundan  verilən məlumata görə, ilkin araşdırmalarla qeyd edilən ünvanda inşa edilməkdə olan birmərtəbəli fərdi yaşayış evinin damında təmir işləri aparılarkən orada fəhlə işləyən Habil Mahmudovun təhlükəsizlik qaydalarının pozulması nəticəsində damdan yıxılması və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.