Daha bir əsgərimizin şəhid xəbəri gəldibackend

Daha bir əsgərimizin şəhid xəbəri gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vətən Müharibəsində itkin düşən əsgər Ağayev Əmirağa Mahir oğlunun şəhid olduğu müəyyənləşib.
Bu barədə “Qafqazinfo”ya şəhidimizin dayısı Aydın Aslanov məlumat verib.
Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğluna aid olduğu təsdiqlənib.
Şəhidimizin nəşi sabah doğulduğu Şabranın Surra kəndinə gətiriləcək.
Qeyd edək ki, Əmirağa Ağayev Qazaxda yerləşən N saylı hərbi hissənin əsgəri olub. Vətən Müharibəsi başlayan zaman o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhidimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlaya bilmişdi. Əmirağa ailənin yeganə oğlu olub, iki bacısı var.
Allah rəhmət eləsin!