Daha bir deputat  “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na pul köçürəcəkbackend

Daha bir deputat “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na pul köçürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Məşhur Məmmədov da “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na vəsait köçürəcək.

Bu barədə  deputat özü məlumat verib. Məşhur Məmmədov bildirib ki, bu fondun yaradılması Prezidentin hər bir azərbaycanlının səhhətinə, onun sağlamlığına necə yanaşmasının bariz nümunəsidir:

“Cənab Prezidentin bu təşəbbüsünə mən də böyük məmnuniyyətlə qoşuluram. Bir aylıq əmək haqqımı fondun bank hesabı açılan kimi ora köçürəcəyəm. Cənab Prezidentimiz hər bir azərbaycanlının onun üçün nə qədər dəyərli olduğunu bir daha nümayiş etdirdi. Cənab prezidentimizin bütün qərarlarını alqışlayır və bir vətəndaş olaraq dəstək olacağımı söyləyirəm”.

Məşhur Məmmədov hər bir iş adamına, imkanlı şəxslərə də səslənib: “Hesab edirəm ki, bu məsələdə də həmrəy olmalıyıq. Ona görə də imkanlı şəxslərdən yardım etmələrini, bu təşəbbüsə qosulmalarını xahiş edirəm. Azərbaycan dövləti hər bir məsələdə xalqının yanındadır. Biz də imkanlarımızdan istifadə etməliyik. İş adamlarımız cənab prezidentin təşəbbüsunə qoşulmalı və Fondun genişlənməsinə səy göstərməlidir”.