Daha bir dairənin beş məntəqəsinin nəticələri “sıfırlandı”backend

Daha bir dairənin beş məntəqəsinin nəticələri “sıfırlandı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə 1 saylı məntəqənin də nəticələri ləğv edilib.

TİA.AZ-ın xəbərinə görə, Samirə Rəfullayevanın tələbindən MSK sədri Məzahir Pənahov da həmin məntəqənin nəticələrinin etibarsız sayılmasını tələb edib. Daha sonra videogörüntülərə baxılıb.

Qərara alınıb ki, müvafiq dairədə 1 saylı məntəqənin də nəticələri etibarsız sayılsın.

16:23

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

TİA.AZ-ın xəbərinə görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O qeyd edib ki, həmin dairədən deputatlığa namizəd Samirə Rəfullayeva müraciətində məntəqələrdə pozuntuların olduğunu bildirib.

S.Rəfullayeva dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb edib.

MSK-nın iclasında qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 12, 14, 16 və 18-ci məntəqələrində nəticələr etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.