Daha bir cüdoçumuzun Olimpiadada debütü uğursuz olubbackend

Daha bir cüdoçumuzun Olimpiadada debütü uğursuz olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan cüdoçusu Orxan Səfərovun “Tokio-2020” Yay Olimpiya Oyunlarında debütü uğursuz olub.

TİA.AZ xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz qazaxıstanlı Yerlan Serikjanova məğlub olub.Qeyd edək ki, Orxan Səfərov öz çəkisində son Avropa çempionudur.

Daha əvvəl cüdoçularımız Kəramət Hüseynov və Aişə Qurbanlı da Olimpiadada mübarizəni erkən dayandırıblar.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb.