backend

Daha bir bank bağlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Daha bir bank öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. Monitorinqlərimiz və eləcə də bizə olan müraciətlər göstərir ki, həmin bank, hətta cari hesablardakı kiçik məbləğdə ödənişləri belə mərhələli şəkildə ödəyir”. 

“Daha bir bank öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. Monitorinqlərimiz və eləcə də bizə olan müraciətlər göstərir ki, həmin bank, hətta cari hesablardakı kiçik məbləğdə ödənişləri belə mərhələli şəkildə ödəyir”.


Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov Facbook səhifəsində yazıb. Ekspert təklif edir ki, bu bank ya bağlanmalı, ya da digər bir banka konseldasiya prosesi sürətləndirilməlidir: “Deməli, Maliyyə Bazarlarına Nəzarət Palatası ya yaxın zamanlarda həmin bankın lisenziyasını ləğv etməli, ya da onun digər banka konseldasiyası prosesini sürətləndirməlidir. Əslində, bakların lisenziyasının ləğv edilməsi deyil, onların birləşməsinə nail olunmasına ehtiyac var ki, heç bir əmanətçi prosesdən ziyan görməsin.

Təəssüf ki, bankların konseldasiyası üçün hələ də dəfələrlə təklif etməyimə baxmayaraq, Mərkəzi Bank tərəfindən problemli bankların birləşdirilməsi üçün stimullaşdırıcı və ya təşviqedici fəaliyyətlər həyata keçirilmir.

Bank sektorunda ilk beşliyə daxil olan “Bank Standard”ın müflis olmasından sonra bank sisteminə daha fərqli yanaşmanın ortaya qoyulması bir daha aktuallaşıb. Aydındır ki, bankların lisenziyalarını mərhələli şəkildə ləğv etmək heç də bank sektorundakı problemlərin həlli kimi qəbul edilə bilməz.

Əvvəllər də təklif etdiyim kimi, banklardakı problemli aktivlərin və kreditlərin idarəedilməsi və sağlamlaşdırılması üçün ABŞ-da olduğu kimi, xüsusi proqramın hazırlanmasına və tətbiq edilməsinə ehtiyac var”.

Ekspert, həmçinin bankların müflisləşmə prosesinin dayanması üçün çıxış yolu da təklif edib: “Dollarda olan kreditlərə güzəştlərin verilməsi, həmçinin bank sektorunun sağlamlaşdırılması baxımdan olduqca vacibdir.

Birmənalı şəkildə, bank sektorundakı problemlərə kompleks yanaşma həyata keçirilməlidir ki, neft bumu dövründə “yağışdan sonrakı göbələklər” kimi sayı artan bankların postneft dövründə müflisləşməsi prosesi dayansın”.

Anar Kəlbiyev