Tribuna İnformasiya Agentliyi

Daha AzTV-yə getmərəm…

16 Noyabr

İynəni vururlar, dərman geriyə qayıdır. Damar tutqundur, danışıram, təngnəfəs oluram, əsəbiləşirəm. Məni bağışlayın, elə bilməyin ki, naz edirəm və yaxud kaprizim var. 

İynəni vururlar, dərman geriyə qayıdır. Damar tutqundur, danışıram, təngnəfəs oluram, əsəbiləşirəm. Məni bağışlayın, elə bilməyin ki, naz edirəm və yaxud kaprizim var.

TİA.AZ xəbər verir ki, bu sözləri diktor, xalq artisti Ofeliya Sənani Musavat.com-a səhhəti haqda danışarkən deyib. O, son vaxtlar həddindən artıq əsəbi olduğunu bildirib:

“And içmişəm, daha ora getmərəm (AzTV-ni nəzərdə tutur). 

Axı nə qədər paltar əlimdən düşər yerə, nə qədər çantamda hər şey yaddan çıxar qalar evdə. Bir qaynar qazanla çıxıram evdən, elə bil ki, məni ölümə aparırlar. Deyirlər ki, ”balam, bu sənin 48 ildir işlədiyin efirdir, niyə əsəbiləşirsən, bir geyim tapdın, getdin də, camaat cins şalvarla çıxır efirə”. Amma mən istəyirəm, yaxşı olsun. Özümü əsəbiləşdirirəm, sonradan gəlirəm evə. 

Evdə də tək qalıram, qulluq etməyə adam tapmıram. Bir qadın var, dünən onu gətirmişdim evə. Həftədə bir dəfə gəlir bizə, evi dərindən təmizləmək üçün. Çünki heç gücüm yoxdur. O yazıq arvad da deyir ki, belə əsəbiləşirsən, taqətdən düşürsən, getmə. AzTV-yə necə getməyim ki, bu, mənim doğma yurdumdur. 

Küçədə insanlar mənə yaxınlaşıb öpürlər, imkan verirəm ki, ürəklərini boşaltsınlar. Məni elə qucaqlayırlar ki… Deyirlər, sizə məftun olmuşuq. Onlar arasında 35-40 yaşlı insanlar da var. Bax, bu nəsil həmişə bizi sevib. Avtobusda da görəndə qucaqlayıb bağırlarına basırlar. İctimai nəqliyyatda getməyi sevirəm. Bundan əvvəl maşınım var idi, 5 il sürdüm, sonra satdım. Çünki mən yaşa dolmuş insanam, hərdən başım fırlanır, ümumiyyətlə, mənə maşın sürmək olmaz. İndi ictimai nəqliyyatda gedirəm, insanlarla canlı ünsiyyətdə olmaqdan gözəl şey yoxdur. Bu da bir stimuldur”