Daha 7 sığorta şirkəti tənəzzülə doğru gedir… – Rəqəmlər…backend

Daha 7 sığorta şirkəti tənəzzülə doğru gedir… – Rəqəmlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-may aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 7-nin isə yığımları azalıb.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət “Xalq Həyat Sığorta” ASC-dir. Bu şirkət 5 ayda 1,101 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Qala Həyat Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 5,174 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,2% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “AXA MBASK” Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 5 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,5% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin yığımları 0,1% azalaraq 1,058 milyon manata düşüb.