Daha 5 ölkədə koronavirusa ilk yoluxma qeydə alındıbackend

Daha 5 ölkədə koronavirusa ilk yoluxma qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun yayılma coğrafiyası genişlənib.

TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Puerto Riko (nəfər), Surinam (1), Qvatemala (1), Aruba (2) və Uruqvayda (4) koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Yoluxmaların əksəriyyəti daha öncə xaricə səfərlə bağlıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 686-ya çatıb. Bunların 72 536 nəfəri sağalıb, 5 436 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.