Tribuna İnformasiya Agentliyi

Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

22 Fevral

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin daha bir əsgəri ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə fevralın 22-də səhər saatlarında baş verib.

Məlumata görə, 1998-ci il təvəllüdlü əsgər Qrigor Yeqoyan müəmmalı şəkildə ölüb.

Faktla bağlı araşdırma aparılır.