Dağların ətəyində arıçılıq – Lerikdə “Bal süfrəsi” (FOTOREPORTAJ)backend

Dağların ətəyində arıçılıq – Lerikdə “Bal süfrəsi” (FOTOREPORTAJ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Konstitusiya” Araşdırmalar Fondunun təşkilatçılığı ilə bir qrup jurnalistin Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara) mediaturu baş tutub. Jurnalistlər tur çərçivəsində qeyd edilən rayonlarda 8 yerli turizm məkanlarına səfər ediblər.Mediaturda iştirak edənlər arasında TİA.az-ın əməkdaşı da olub.

Bu turizm məkanlarından biri də Lerik rayonun Piran kəndində yerləşən “Bal süfrəsi” təsərrüfat və turizm müəssisəsidir. “Bal süfrəsi”nin sahibi təcrübəli arıçı Mahir Sürətovdur. Mahir Sürətov 25 ildir ki, bu peşə ilə məşğuldur. 3 hektar ərazisi olan bu yerdə 100-dən çox arı ailəsi mövcuddur.Balın 1 kq-nın qiyməti 25-30 manat təşkil edir.Əvvəllər yarmarkalara bal çıxaran Mahir Sürətov keçən il yarmarkaya bal çıxarmadığını bildirdi.Buna səbəb isə əlindəki məhsulun elə öz yerində satılması olub. Sahibkar xaricdən gələn turistlərin də ondan gəlib bal aldığını söylədi.O xaricdən gələn alıcılar arasında Türkiyə və Rusiya vətandaşlarının üstünlük təşkil etdiyini dedi. Mahir Sürətov satışları artırmaq üçün çərçivələrin artırılması yolunda da işlər gördüyünü bildirdi.

Onu da qeyd edək ki, qonaqlamaq üçün burada ümumilikdə 9 otaq gələn turistlərin xidmətindədir.Müəsisədə eyni anda 30 qonağa xidmət üçün hər cür şərait yaradılıb.

“Bal süfrəsi”ndə siz həm istirahət edə bilər,həm təbii balın necə yarandığını öz gözlərinizlə görə bilər,həm də buradan müxtəlif orqanik ərzaqlar ala bilərsiniz.