Tribuna İnformasiya Agentliyi

Dağıstanda xəbərçilər smartfonla mükafatlandırılacaq

10 Oktyabr

Dağıstanın Rabitə və Kommunikasiya rəhbərliyi internetdə ekstrimalçıların axtarışı ilə bağlı qaynar xətt yaradıb. Ən aktiv istifadəçiyə yeni smartfon vəd olunub.

TİA.AZ Lenta.ru-ya istinadla xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi səhifəsində məlumat verilib.

Terrorçuluğun tətbiqi ilə bağlı 112.rdpress.ru saytında da məlumat vermək olar. Orada ad, soyad, əlaqə nömrəsi və qadağan olunmuş materialın linki yerləşdirilməlidir.

“Qaynar xəttə daxil olan bütün informasiyaların anonimliyi qorunur”, – məlumatda bildirilib.

Ən aktiv istifadəçiyə “iPhone S”, ikinci yerə “Xiaomi Redmi 5”, üçüncü yerə isə “Xiaomi Redmi 4A” smartfonları veriləcək.