Dağıstan Respublikasının yeni rəhbəri seçildibackend

Dağıstan Respublikasının yeni rəhbəri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstan Xalq Məclisinin (parlament) millət vəkilləri 2020-ci ilin oktyabrından regiona müvəqqəti rəhbərlik edən Sergey Melikovu respublikanın yeni rəhbəri seçiblər.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, 90 deputatdan 82-si Melikova səs verib. Dağıstanın yeni rəhbəri göstərilən etimad və dəstəyə görə ölkə prezidentinə, parlament iştirakçılarına təşəkkürünü bildirib.

Melikov and içərək rəsmi olaraq vəzifəyə başlayıb.