Tribuna İnformasiya Agentliyi

Dərman “mafia”sı ilə əlbir olan həkimlərin kimliyi bəlli oldu – Məşhur klinikalarda işləyirlər + FOTO

01 May

Baş Prokurorluğun “dərman mafiya” əməliyyatından sonra ölkənin məşhur həkimləri ifşa olundu.

Mia.az xəbər verir ki, minval.infonun əldə etdiyi məlumata görə, Bakıda fəaliyyət göstərən özəl klinikaların doktorları həmin cinayətkarlarla əlbir olub. Saytımızda dərman mafiası ilə birgə işləyənlərin siyahısının dərcindən sonra orada qeyd olunan iki məşhur həkimin kimliyi barədə iddialar əldə etdik. İddiaya görə, paytaxtda yerləşən “Oksigen” və “Baku Medical Plaza” özəl klinikalarında çalışan doktorlar həbs edilənlərlə əlbir olub.

“Baku Medical Plaza”nın ginekoloqu, professor Mehman Həmzəyevin ismi də siyahıda yer alan adlar sırasındadır. İddia olunur ki, professor yaxşı gəlir əldə etmək üçün cinayətkarlarla birgə çalışıb. O, ölkə hüdudlarından kənarda işləməsinə, nəaliyyətlərinə baxmayaraq, “mafia” ilə işləməkdə qəbahət görməyib.

Həmçinin əldə etdiyimiz məlumata görə, Həmzəyev övlad arzusunda olan ailənin xeyli pulunu alaraq onlara kömək etməyib. Bu işdə “xeyir” tapan və arzusuna çatan yanlız “mafia” ilə birgə çalışan Həmzəyev olub.

Həkimlərdən digəri isə “Oksigen” klinikasında çalışan ginekoloq Fərəh Əlizadədir. Paytaxtın sayılıb-seçilən klinikasında işləyən doktor da həmkarları kimi cinayətkar dəstə ilə əlbir olub. Onun da adı “mafia” ilə birgə çəkilir.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının əldə etdiyi siyahıda “dərman mafiyası” ilə əməkdaşlıq edən həkimlərin adları əməliyyat çəkilişi zamanı lentə alınıb. Adlarının qarşısında isə həmin şirkət əməkdaşlarının onlara ödəyəcəyi məbləğin miqdarı qeyd edilib.