Tribuna İnformasiya Agentliyi

“Dəmir Bank”ın sabiq direktoruna bankların birində vəzifə verilib

04 Sentyabr

“Rabitəbank” ASC-nin Biznes Proseslərin İnkişafı Departamentində yeni direktor müavini təyin olunub.

Tia.az Banker.az-a istinadən xəbər verir ki, Sevinc Məmmədova bu vəzifəyə təyin olunub və vəzifəsinin icrasına isə bu ayın, yəni, sentyabr ayının 1-dən başlayıb.

S.Məmmədova, “Rabitəbank”a 2018-ci ilin mayından 9 il müddətinə çalışdığı və hazırda lisenziyası ləğv olunan “Dəmir Bank” ASC-dən gəlib. Belə ki, o, “Dəmir Bank”da Əməliyyat departamentində direktor vəzifəsində çalışıb.