Tribuna İnformasiya Agentliyi

Culian Assancı 175 il həbs gözləyir

24 May
“WikiLeaks”in qurucusu Culian Assanc ABŞ-da 175 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Qaynarinfo xəbər verir ki, Assanca qarşı 17 yeni ittiham irəli sürülüb. Casusluq, məxfi məlumatların paylaşılması və s. həmin ittihamlar arasındadır. Bildirilir ki, Assanc ABŞ ordusunda çalışan Çelsi Manninqlə birlikdə minlərlə gizli sənədi ələ keçirib.
Qeyd edək ki, Culian Assanc 11 apreldə Londonda yerləşən Ekvador səfirliyindən xaric edilib və ingilis polisi tərəfindən həbs edilib. O, İsveç və ABŞ-a ekstradisiya təhlükəsinə görə 2012-ci ildə səfirliyə sığınmışdı.