Tribuna İnformasiya Agentliyi

İcra başçısının qardaşı oğlu həbs olundu

02 Noyabr

Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayev həbs olunub. 

Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayev həbs olunub.

Bu barədə vəkil Adəm Məmmədov facebook səhifəsində məlumat yayıb. O bildirib ki, Y.Abdullayev dələduzluqda ittiham edilir və o, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən həbs olunub.

Adəm Məmmədov bildirib ki, sentyabr ayında hüquqlarını müdafiə etdiyi M.Saitqızını, Əziz Əliyevə, Əyyub Hüseynova və digər şəxslərə qarşı aldadaraq iki milyonluq əmlakların ələ keçirilməsi faktı barədə açıqlama verərkən, göstərmişdir ki, bu fırıldaqçı qrupun fəaliyyəti yuxarıda qeyd etdiyim şəxslərlə məhdudlaşmır. Hazırda həmin fırıldaqçı qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayyət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım. Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə “dostluğa” çevrilən yoldaşlıq münasibəti qurur, onun böyük işlərlə məşğul olduğunu bilir. Yəni, nə vaxtsa birbaşa və dolayısı yolla nəqd formada külli miqdarda pul lazım olanda onun toruna düşəcəyinə əmin olduğu üçün həmin günü səbirsizliklə gözləməyə başlayır. Həmin gün 2013-cü ilin əvvəllərinə təsadüf edir.

Belə ki, Rauf Kərimov ondan nisiyə 300 min ABŞ dolları məbləğində avtomobillər götürür və artıq dostluq münasibətlərinin yaranmasına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən “Kral Mebel” sonuncuya səmərili şərtlərlə uzun müddətli istifadəsinə vermişdir. Təsadüf elə gətirir ki, Rauf Kərimov kredit götürdüyü bankla yaranmış problemi ilə əlaqədar həmin dövürdə həbs edildi. Bundan istifadə edən Yalçın Abdullayev el dili ilə desək faiz “şotçikini” işə salıb və müxtəlif formada xəfif təhdidlər edərək, sonda 2 milyon 880 min ABŞ dollarlıq daşınmaz əmlakları etibarından sui-istifadə etməklə özünün və çevrəsində olan özü kimi belə işlərdə peşəkarlaşmışların adına rəsimləşdirir. Ümumiyyətlə belə fırıldaqçılıq əməlinin unikallığı ondadır ki, mentalitetimizə əsasən sona qədər həm aldadan, həm aldanmış tərəf mistik əxlaq ədalətinə inanır. Yəni, aldadan düşünür aramızda çörək var şikayət etməz, aldanan düşünür aramızda çörək var bu qədər də etməz. Lakin Rauf Kərimova bu yaxınlarda bankla olan problemi ilə əlaqədar, ən çox sevinən Yalçın Abdullayev, qardaş bağışla həmin əmlakları dəyər-dəyməzə satmaq məcburiyyətindəyəm, nəqdi pul lazımdır, deməkdən də utanmadı. Yəqin həmin pul növbəti qurbanı şirəyə çəkmək üçün Yalçın Abdullayevə lazımdır.

Bəlkədə bütün digər cinayətlərdən, daha təhlükəlidir belə fırıldaqçı əməllər. Çünki bizim əxlaqi dəyərlər olan dostda sədaqət, ədalət, mərifət, qanacaq və qabiliyyət kimi, dəyərləri ayaqlar altına atır, insanın insana olan etibarını sarsıdır. Bu hadisənin detalları haqqında sizə ətraflı məlumat verəcəm. Sadəcə bir şeyi qeyd etmək istəyirəm ki, Yalçın Abdullayev kimilərinə himayədarlıq edən yüksək vəzifəli prokurorluq əməkdaşları belə fırıldaqçılara “vəkillik” etməkdənsə birbaşa vəzifələri olan dövlət ittihamını həyata keçirərək belə fırıldaqçıların cəmiyyətdən təcrid olunmasına çalışsınlar. Buna bənzər faktların çoxalması, cəmiyyətdə satarik aforizimin yaranmasına səbəb olur. Belə ki, 5-10 min görə dələduz deyə biləcəklərinə, rəqəm milyonlara qalxanda iş adamı deyirik. Gülmək üçün demədim, düşünmək üçün dedim. Bir şeyidə nəzərinizə çatdırım ki, belələlirinin o dərəcədə müxtəlif ciddi dövlət qrumlarında himayədarlırı var ki, şikayətçiləri çağrıb hədə-qorxu gəlib verilmiş ərzələri geri götürməyə məcbur etmək bir yana, hətta onların işlədiyi qrumların rəhbərlərinə təsir etməklə işdən çıxarılacaqları ilə belə təhdid edirlər. Bütün bu acınacaqlı və vəziyyəti nəzərə alıb Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubovun bu işin araşdırmasını öz nəzarətinə götürsün ki, digər orqanlarda olan yüksək vəzifəli şəxslər istintaqın obyektiv gedişatına mane ola bilməsinlər.

Məlumat üçün bildirirəm ki, tərəfimdən təxminən 2 ay bundan qabaq digər epizodlarla əlaqədar məsələ qaldırdıqdan sonra Yalçın Abdullayevin əmisi oğlu olan, belə işlərdə bir qayda olaraq icraçı kimi iştirak edən Yunis Abdullayev Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən dələduzluq maddəsi ilə həbs olunmuşdur. Asan gəlir mənbəyi kimi ailə “biznesinə” çevirdikləri belə fırıldaqçılıq əməlində faiz adı ilə ortaya buraxdıqları bu külli miqdarda məbləğdə, ailənin digər yüksək vəzifəli şəxslərin payı olması haqqında kifayyət qədər məlumat var ki, inşallah istintaq gedişatında həmin adamlarında kimlikləri ortaya çıxar. Hətta aldadılmış insanları ölüm həddinə çatdırıbdır. Yalçın Abdullayevin və onun ətrafındakıların qanunsuz əməlləri nəticəsində əziyyət çəkən şəxslərə pulsuz hüquqi yardım göstərməyə hazıram. Yetər ki, bu fırıldaqçı şəxslərin fırıldaqlarına son qoyulsun. Yəqin ki, qısa müddətdə tərəfimdən mətbuat konfransı keçirmək ehtiyacı yarandı. Çünki Yalçın Abdullayev qardaş Türkiyə dövlətində öz “biznes” fəaliyyətini genişləndirmək istəyir. Nəzərə alsaq ki, qardaş dövlət olsada Yalçın Abdullayev nəfsinə sahib ola bilməyib, edəcəyi hər hansı bir hərəkət Azərbaycanın imicinə də xələl vura bilər.