Tribuna İnformasiya Agentliyi

İcra başçısının qardaşı oğlu həbs olundu- Məhkəmə qərarı

29 Noyabr

Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

TİA.AZ Aznews.az-a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Adəm Məmmədov məlumat verib. Vəkil Yunis Abdullayevin hazırda Kürdəxanı təcridxanasında saxlanıldığını bildirib:“Bu barədə mətbuata məlumat verilməmişdən əvvəl məhkəmə həbs qəti imkan tədbiri seçilmişdi. 3 aydan sonra məhkəmə həbs müddətini uzatmadığına görə o, azad olunmuşdu. Sonra digər epizodlar ortaya çıxdı. Həmin epizodlara görə, Yunis Abdullayev 11 noyabrda məhkəmənin qərarı ilə həbs olunub”.Yunis Abdullayevin dələduzluqda ittiham olunduğu bildirilir.