Çox yemək, amma piylənməmək – Qidalanma üzrə mütəxəssis sirrini açırbackend

Çox yemək, amma piylənməmək – Qidalanma üzrə mütəxəssis sirrini açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq çəki problemi çoxları üçün aktualdır. Ancaq artıq çəkini azaltmaq üçün qidalanma üzrə mütəxəssis Nadejda Paxirko hesab edir ki, orqanizmi pəhrizlə üzmək heç də vacib deyil («Cursorinfo»).

Dietoloq əmindir ki, özünə «babat» yemək payı rəva görmək və bu zaman kalori defisitnə əməl etmək mümkündür. Əhəmiyyətlisi odur ki, boşqabda kalorinin 40 faizini mürəkkəb karbohidratlar, 30 faizini yağlar və 30 faizini zülali qidalar təşkil etsin.

Paxirko bildirir ki, belə pay insanı doydurur, onun şirin və unlu qidalara həvəsini aradan qaldırır.

O, tövsiyyə edir ki, hər dəfə qida qəbuluna zülalla zəngin ərzaqlar daxil edilsin, çünki onlar doydurur və iştaha nəzarəti mümkün edir.

Yaxşısı budur yumurtaya, toyuq ətinə, dərisiz hinduşqa ətinə, balığa və dəniz məhsullarına, yağsız heyvan ətinə, süd məhsullarına, yağsız pendirə üstünlük verilsin.