“Çox utanıram, vicdan əzabı çəkirəm” – Həbs edilən icra başçısı(VİDEO)backend

“Çox utanıram, vicdan əzabı çəkirəm” – Həbs edilən icra başçısı(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev öz əməllərindən danışıb.

TİA.AZ-ın məlumatına görə, o, tutduğu əməlindən utandığını bildirib.

“Bu kimi əməllərə görə, əlbəttə ki, peşmanlıq çəkirik. Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram. Vicdan əzabı çəkirəm”, – deyə M.Quliyev qeyd edib.

Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xanlar Məmmədov da əməliyyat zamanı xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsədiyini etiraf edib.

O, icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq, bir hissəsinin ona verilməsini tapşırıb.