Çox uşaq, yoxsa daha savadlı uşaqlar? – Demoqrafik artımda kritik həddbackend

Çox uşaq, yoxsa daha savadlı uşaqlar? – Demoqrafik artımda kritik hədd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Demoqrafik artımı yavaşlatmaq lazımdır. Çox uşaq deyil, keyfiyyətli, savadlı uşaqlar yetişdirmək lazımdır”.
TİA.AZ xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, gələn onilliklərdə dünyada, o cümlədən ölkəmizdə işsizlik sürətlə artacaq:
 
“Sənayedə elektronlaşma və robotlaşma sürətlə yayılır, kənd təsərrüfatında həm insan əməyi, həm də işlənə biləcək ərazi azalır. Digər tərəfdən hamı yığışır Bakıya. Bakı da bu yükü heç indi qaldıra bilmir, düşünün plansız tikintidə 10 il sonra nə olacaq? Yaxın müddətdə, XXI əsrin aparıcı elm və sənaye sahələrinin ölkəmizdə inkişafı gözlənilmir. Odur ki, ölkəmizin ərazisinə, insan həyatı üçün yarayan və yaşanacaq ərazilərə baxdıqda, düşünürəm ki, mövcud vəziyyətdə əhalinin artım tempini azaltmaq lazımdır. Odur ki, övladlarınızın sayını onlara verə biləcək təminat qədər tənzimləyin”.
İqtisadçı ekspert Rövşən Ağayev isə Azərbaycanda nəsilvermə əmsalı kritik həddə çatdığını qeyd edib:
“Müdaxiləyə ehtiyac yoxdur, temp özü azalır. 2 fakt deyim: 50-80-ci illərdə Azərbaycanda əhalinin orta illik tempi 2-3% arasında dəyişib, 2000-ci illərədək 1.6%-dək enmişdi, son 10 ildə 1% ətrafında qərarlaşdı. Hətta son 20 ildə artımın 1% ətrafında sabit qalması 50-80-ci illərdəki yüksək təbii artımın hesabına oldu. İkinci ciddi fakt odur ki, Azərbaycanda nəsilvermə əmsalı kritik həddə çatıb. Kritik hədd 2 hesab edilir. Bundan aşağı səviyyə təbii artımın tədricən təbii azalmaya keçidi və qocalmanın sürətlənməsi deməkdir”.