COVID pasportu ilə bağlı YENİLİK – Bu şəxslər bir neçə dəqiqəyə ala biləcək – VİDEObackend

COVID pasportu ilə bağlı YENİLİK – Bu şəxslər bir neçə dəqiqəyə ala biləcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirus əlehinə vaskinlərə qarşı əks göstərişi olan şəxslər bununla bağlı sertifikat almaq üçün ərazi üzrə poliklinikalara müraciət edirdilərsə daha belə olmayacaq. Artıq mobil telefon vasitəsi ilə cəmi bir necə dəqiqə ərzində bu sertifikatı ala biləcəklər. Bu yenilikdən yalnız bir qrup şəxs faydalana biləcək. Bəs bunlar kimdir və proses necə olacaq? Təfərüatları təqdim edirik.
TİA.AZ-ın məlumatna görə, bir neçə vacib xananı doldurduqdan sonra əks göstəriş üçün müraciət edib və bir necə dəqiqə ərzində bu sertifikata sahib ola bilərsiniz.
“Əks göstəriş” sertifikatını artıq online qaydada da almaq mümkündür. Səhiyyə Naziriliyi bununla bağlı artıq işlərə start verib.
Beləki, “COVID-19 “əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin əks-göstəriş sertifikatı “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bir kateqoriya insanlar varki, onlar sertifikat almaq üçün müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq.
Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikaya müraciət edə bilər. Gələcəyə doğru isə sistemin daha da təkminləşdirilməsi planlaşdırılırki, bu zaman registrlarda qeydiyyatı olan hər bir şəxs bu sistemdən yaralana biləcək
Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən , İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.
Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.