COVID pasportlarının etibarlılıq müddəti ilə bağlı qərarbackend

COVID pasportlarının etibarlılıq müddəti ilə bağlı qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda dəyişiklik olunub.
 
TİA.AZ xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, koronavirus sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə altı ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin bir dozasını aldıqda müddətsiz olacaq.
Qərar 2022-ci il 15 fevral tarixindən qüvvəyə minəcək.
Hazırda sözügedən sertifikatların etibarlılıq müddəti müddətsizdir.