“COVİD-19 vaksin sertifikatı” informasiya sistemi niyə çökdü? – Ekspertbackend

“COVİD-19 vaksin sertifikatı” informasiya sistemi niyə çökdü? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“COVİD-19 vaksin sertifikatı” informasiya sistemi çöküb”.
Bunu bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, axşam saatlarından etibarn İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Şəxsi Kabinetə daxil olmaqda problemlər yaşanır:

 

“Asan Login sistemi vasitəsilə sistemə daxil olduqdan sonra kifayət qədər faydalı və əhəmiyyətli xidmət olan COVİD-19 pasportunu əldə etmək mümkün olmur. Güman etmək olar ki, Dövlət Agentliyinin informasiya sistemi bu gün COVİD-19 pasportu ilə bağlı elan olunan məlumatdan sonra daxil olan çoxsaylı müraciətləri emal edə bilməyib və sistem çöküb. Xatırladıram ki, bundan öncə də digər bir neçə dövlət qurumunun informasiya sistemlərində oxşar hadisələr baş verib”.
Osman Gündüz bildirib ki, adı çəkilən qurumda sistemi hazırlayarkən sistemin normal fəaliyyəti üçün zəruri resurslar düzgün hesablanmayıb, auditlə bağlı işlər görülməyib, zəruri testlər aparılmayıb:
“Təəssüf ki, aidiyyatı qurumlar, eGov sahəsində kordinasiyaya cavabdeh olan VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və dövlət resursların təhlükəsizliyinə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hələlik bu sahədə dayanıqlı və təhlükəsiz mühit formalaşdıra bilməyiblər. Düşünürəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlaqədar qurumlarla birgə sistemi testdən keçirməli, zəruri resurslar ayrılmalı və istənilən şərait üçün dayanıqlı sistem formalaşdırılmalıdır”