Çörəyin qiyməti ucuzlaşa bilərmi?backend

Çörəyin qiyməti ucuzlaşa bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Azərbaycandan ixrac olunan buğdanın hər tonuna tətbiq olunan 200 dollar gömrük rüsumu ləğv olunur. Məsələ haqqında TİA.az-a danışan iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qərar gələcəkdə buğda istehsalına təsir edə bilər:

“Sözügedən qərar kütləvi şəkildə istehsalın artmasına şərait yarada bilər. Təbii ki, bu da öz növbəsində bazar qiymətlərinə təsir edəcək. Bildiyimiz kimi Azərbaycan yerli istehsalla bərabər xaricdən də buğda idxal edir. Əgər buğda istehsalında artım olarsa, daxili bazarın tələbatını ödəməklə yanaşı ixracdan da gəlir əldə olunacaq. Bundan əlavə bu qərarın fonunda istehsalda baş verecək dəyişikliklər gələcəkdə çörəyin qiymətinə də təsir edə bilər. Yəni çörək ucuzlaşa bilər. Lakin indi yox. Bunun üçün müəyyən vaxt lazımdır ki, dolayı təsir özünü göstərsin.”

Aytac Sahəd

TİA.AZ