ÇÖRƏK NİYƏ BAHALAŞDI? – EKSPERTDƏN AÇIQLAMAbackend

ÇÖRƏK NİYƏ BAHALAŞDI? – EKSPERTDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çörəyin bahalaşması gözlənilən idi. Narahatedici məqamlardan biri odur ki, bahalaşma proses bununla yekunlaşmayacaq”
Bunu unun bahalaşması ilə bağlı TİA. Az-a danışan iqtisadçı ekspert Elşad Məmmədov deyib. Onun sözlərinə görə, bu gün dünyada kəskin inflyasiya meylləri mövcuddur:
“Bu meyllər bir sıra istiqamət üzrə baş verməkdədir. Bir tərəfdən dünya üzrə artan pul kütləsi, digər tərəfdən istehsal, nəqliyyat, logistika zəncirləri in qırılması, sanksiyalar və bu kimi səbəblər qiymət artımını labüd edir. Yəni bu qlobal bir məsələ kimi dəyərləndirilməlidir. Eyni zamanda sözsüz ki, ölkədə iqtisadi bloka kifayət qədər ciddi suallar var.


İlk növbədə Kənd Təsərrüfatı Nazirliyinə və İqtisadiyyat Nazirliyinə. Faktiki olaraq biz uzun illər ərzində idxalın əvəz olunması ilə bağlı çağırışlar eşidir, məsələ ilə bağlı tədbirlərin görülməsinə dair çağırışlar edilir.
Amma bu gün hələ də biz buğda və digər strateji, kriitik dərəcədə vacib olan idxaldan asılıyıq. Ərzaqlıq buğda demək olar ki, yerli sahibkarlar tərəfindən minimum səviyyədədir. Ölkədə taxıl seqmentinin bu qədər yüksək dərəcədə idxaldan asılı olması sahələr arasında kəskin qeyri-tarazlıqların olmasını göstərir. Suvarma sistemi ilə bağlı uzun illərdir ki, mövcud olan problemlərlə bağlı qərarlar verilməlidir.
Kənd Təsərrüfatı sektorunun peşəkarca idarə edilməsinə ehtiyac var ki, biz bunu görmürük. Nazirliyin idarəçilik sistemində böyük problemlər var. Bunlar aradan qaldırılmalıdır. Biz əks halda uzun illər ərzində iqtisadi problemlərin və qiymət artımının şahidi olacağıq. Hadisələrin gedişatı onu deməyə əsas verir ki, əsas ixracatçılar ixracla bağlı məhdudiyyətləri çox güman daha da sərtləşdirəcək. İdxaldan asılılıq belə yüksək dərəcədə olduğu üçün biz hələ çox çətinlik çəkəcəyik”.Qeyd edək ki, Azərbaycanda un və çörək qiymətlərinin yuxarı hədləri müəyyən edilib. Bu barədə Azərbaycanın iri un və çörək istehsalçılarının yaydığı birgə məlumatda bildirilir. Belə ki, unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti – 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti – 70 qəpik təşkil edəcək.

Aytac

TİA. Az