Corc Soros: “Ukraynadakı müharibə Üçüncü Dünya Müharibəsidir”backend

Corc Soros: “Ukraynadakı müharibə Üçüncü Dünya Müharibəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Corc Soros Ukraynadakı müharibəni Üçüncü Dünya Müharibəsi adlandırıb.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, məşhur amerikalı milyarder Corc Soros Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılıb.
O, Ukraynadakı müharibəni “Üçüncü Dünya Müharibəsinin başlanğıcı” kimi xarakterizə edib.
Həmçinin Soros Rusiyanın Ukraynaya hücumununun sivilizasiyanın sonuna gətirə biləcəyinə diqqət çəkib.
Davosda keçirilən Dünya İqtisadi Forumunda sərt danışan Soros, həmçinin avtokratik rejimlərin yüksəlişdə olduğu və qlobal iqtisadiyyatın depressiyaya düşdüyü barədə xəbərdarlıq edib.
Avropa İttifaqının Putinin təbii qazı kəsə biləcəyi ehtimalını anlaması lazım olduğunu ifadə edən Soros bunda Almaniyanın keçmiş kansleri Merkeli günahlandırıb.