Corc Floyd dəfn olundu: Co Bayden də iştirak etdibackend

Corc Floyd dəfn olundu: Co Bayden də iştirak etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mayın 25-də Minneapolisdə (Minnesota) polis nəzarətində olarkən həyatını itirən afroamerikalı Corc Floyd Texas ştatının Hyuston şəhərində Memorial qəbiristanlığında, anasının məzarının yanında dəfn olunub.
Qaynarinfo CNN telekanalına istinadən xəbər verir ki, cənazə mərasiminə ABŞ prezidentliyinə namizəd və keçmiş vitse-prezident Co Bayden, Hyuston meri Silvester Turner, ABŞ Nümayəndələr Palatasından Al Qrin və Şeyla Cekson Li də qatılıb. Tədbirdə çıxış edən Bayden “irqi ədalətin bərqərar olma vaxtının gəldiyini deyib. Hyuston meri isə 9 iyun tarixini “Corc Floyd Günü” elan edib.
Qeyd edək ki, bir gün əvvəl xalqla vida mərasimi keçirilib. Mərasimdə minlərlə insan iştirak edib.
Xatırladaq ki, 46 yaşlı afroamerikalı Corc Floyd polisin dizini onun boğazında uzun müddət saxlaması səbəbindən boğularaq ölüb. Onun ölümü həm ABŞ-da, həm də digər ölkələrdə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Hadisənin səbəbkarı olan polis əməkdaşları qətldə və cinayətə yardım etməkdə ittiham olunurlar.